CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyevdən aztəminatlı ailələrə bayram hədiyyəsi

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək
Sputnik

BAKI, 23 dekabr — Sputnik. Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan bildirir ki, sənəddə deyilir: "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (bir yüz) manat məbləğində birdəfəlik yardım ödənilsin. Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulmuş vəsaitdən 7,6 milyon (yeddi milyon altı yüz min) manat ayrılsın".

Maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə olunub. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsini təmin edəcək.

Sərəncamdan irəli gələn digər məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.