SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bələdiyyə seçkisində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində, ümumilikdə, seçici fəallığı 32.72 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfəri səs verib
Sputnik

BAKI, 23 dekabr — Sputnik. Azərbaycanda keçirilən bələdiyyə seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, seçici fəallığının ən yüksək olduğu 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Burada 38 621 seçicidən 16 800 nəfəri (43.50 faiz) səs verib.

Eyni zamanda seçici fəallığının ən aşağı olduğu dairə 40 saylı Kəpəz (Gəncə) İkinci Seçki Dairəsidir. Burada 42 085 seçicidən 10 156 nəfəri (24.13 faiz) səs verib.

Ən uzunömürlü seçici hüququndan yararlana bilmədi - FOTO

Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində, ümumilikdə, seçici fəallığı 32.72 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfəri səs verib.

Xatırladaq ki, bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib. 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib.

Seçki prosesini izləmək üçün 1000 məntəqədə vebkameralar quraşdırılıb. Həmin məntəqələrdəki səsvermə prosesi dünyanın istənilən nöqtəsindən izlənilib. Eyni zamanda ilk dəfə olaraq yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün bütün seçki məntəqələri “çip oxuyan” cihazlarla təmin edilib.