CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm" - Çin lideri

"Cari ilin aprel ayında keçirilən ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu ərəfəsində Sizinlə keçirdiyim görüş zamanı ikitərəfli əlaqələrimiz və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı vacib razılaşmalar əldə etmişik"
Sputnik

BAKI, 23 dekabr — Sputnik. Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Çinin Müdafiə naziri: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”

Son illər Çin-Azərbaycan münasibətləri yüksək dinamika ilə inkişaf edir və "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində əməkdaşlığımız genişlənir.

Cari ilin aprel ayında keçirilən ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu ərəfəsində Sizinlə keçirdiyim görüş zamanı ikitərəfli əlaqələrimiz və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı vacib razılaşmalar əldə etmişik. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verir, birgə səylərimizlə xalqlarımızın rifahı naminə dostluq və əməkdaşlıq münasibətlərimizin yeni mərhələyə yüksəlməsini arzu edirəm.

Sizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər diləyirəm".