FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bələdiyyə seçkisi Sputnik Azərbaycan-ın obyektivində - FOTO

Sputnik

 

Bazar ertəsi, dekabrın 23-ü Azərbaycanda bələdiyyə seçkisi keçirilir. Sputnik Azərbaycan-ın fotomüxbiri seçkini izləmək və bu prosesin görüntülərini çəkmək üçün səsvermə məntəqələrinə gedib.

Səhər saat 08:00-da bütün Azərbaycanda bələdiyyə seçkiləri başlayıb. Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin maksimum şəffaflığını təmin etmək üçün hər şeyi edib - müşahidəçilər səsvermə prosesini izləyirlər və hər məntəqədə dünyanın hər bir yerindən istənilən adamın qoşula biləcəyi veb-kameralar quraşdırılıb. Bundan əlavə, seçkilərdə yeni texnologiyalar tətbiq olunub – seçki məntəqələrinə yeni şəxsiyyət vəsiqələrinin çiplərindən məlumatları birbaşa oxuyan qurğular verilib ki, bu da seçicilərin qeydiyyatı prosesini asanlaşdırır.

26 saylı Sabunçu birinci seçki dairəsinin məntəqələrində səsvermənin gedişini müşahidə etdikdən sonra Sputnik Azərbaycan-ın müxbiri seçicilərin kifayət qədər yüksək fəallığını qeyd edib.

41 800 nəfərin namizədliyi qeydə alınıb. Ölkənin işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsində 1606 bələdiyyəyə 15 156 üzv seçiləcək.

Bu, Azərbaycan tarixində beşinci bələdiyyə seçkisidir. Ölkədə bələdiyyə seçkisi 1999-cu ildən bəri hər beş ildən bir keçirilir. Son bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

1 / 21
Azərbaycanda bələdiyyə seçkiləri
2 / 21
Azərbaycanda bələdiyyə seçkiləri
3 / 21
Azərbaycanda bələdiyyə seçkiləri
4 / 21
Azərbaycanda bələdiyyə seçkiləri
5 / 21
Azərbaycanda bələdiyyə seçkiləri
6 / 21
Azərbaycanda bələdiyyə seçkiləri
7 / 21
Azərbaycanda bələdiyyə seçkiləri
8 / 21
Azərbaycanda bələdiyyə seçkiləri
9 / 21
Azərbaycanda bələdiyyə seçkiləri
10 / 21
Azərbaycanda bələdiyyə seçkiləri
11 / 21
Azərbaycanda bələdiyyə seçkiləri
12 / 21
Azərbaycanda bələdiyyə seçkiləri
13 / 21
Azərbaycanda bələdiyyə seçkiləri
14 / 21
Azərbaycanda bələdiyyə seçkiləri
15 / 21
Azərbaycanda bələdiyyə seçkiləri
16 / 21
Azərbaycanda bələdiyyə seçkiləri
17 / 21
Azərbaycanda bələdiyyə seçkiləri
18 / 21
Azərbaycanda bələdiyyə seçkiləri
19 / 21
Azərbaycanda bələdiyyə seçkiləri
20 / 21
Azərbaycanda bələdiyyə seçkiləri
21 / 21
Azərbaycanda bələdiyyə seçkiləri