CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dağlarda şaxta, Bakıda duman olacaq

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin gözlənilir
Sputnik

BAKI, 22 dekabr — Sputnik. Dekabrın 23-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 6-8° isti, gündüz  11-13° isti olacaq. Atmosfer  təzyiqi 764 mm  civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 80-90 %, gündüz 60-70 % olacaq.   

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin gözlənilir. Qərb küləyi 5-10 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz  10-15°  isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.