SƏHİYYƏ

Gecələr tərləmək xərçəngin əlaməti ola bilər

Antidepressant, hərarət salan dərman qəbul etməyən, soyuq, qızdırılmayan otaqda yatan, amma buna rəğmən tərləyən insanlara qalxanabənzər vəzini yoxlatmaq tövsiyə edilir
Sputnik

BAKI, 22 dekabr — Sputnik. Gecələr həddən artıq tərləmək, yüksək temperatur və çəkinin qəfil azalması orqanizmdə xərçəngin inkişafından xəbər verə bilər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Focus.de yazıb. Almaniyalı dermatoloq Kristian Bayerl bildirib ki, bu cür əlamətlər daha çox limfoma və leykozda özünü büruzə verir.

Yüz minlik iş - tələb sadəcə yatmaqdır

Professor deyib ki, hiperhidroz zamanı insan aktiv fiziki yüklənməsə də, xeyli tərləyir. Antidepressant, hərarət salan dərman qəbul etməyən, soyuq, qızdırılmayan otaqda yatan, amma buna rəğmən tərləyən insanlara qalxanabənzər vəzini yoxlatmağı tövsiyə edib. 

Bunlardan başqa, çox tərləyib susuzluq hiss etmək diabetdən xəbər verə bilər. Həkim həmçinin qeyd edib ki, gecələr qəfil tərləmək axşam vaxtı ədviyyatlı ağır qida qəbul etməklə də bağlı ola bilər.

Kakao, brokkolu və çufa (yer badamı) xərçənglə mübarizədə ən yaxşı qida hesab edilir. Bu ərzaqların tərkibindəki mikroelementlər (antioksidantlar, sulforafan və E vitamini) xərçəng xəstəliklərindən qorunmağa kömək edir.