MƏDƏNİYYƏT

Taleh Yüzbəyov yeni maraqlı filmini təqdim etdi – VİDEO

"Axır ki, neçə vaxtdan sonra əmələ gətirə bildik. Bu video o birilərindən daha çətin oldu. Başımıza gəlməyən qalmadı"
Sputnik

BAKI, 21 dekabr — Sputnik. Taleh Yüzbəyov yeni filmini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, aktyor senaristi və rejissoru olduğu filmi "Youtube" hesabında paylaşıb.

Yüzbəyov "Ortastatistik Rasim 1: Parklar və parkdakılar" adlanan yeni filmi haqqında bunları bildirib: "Axır ki, neçə vaxtdan sonra əmələ gətirə bildik. Bu video o birilərindən daha çətin oldu. Başımıza gəlməyən qalmadı. Amma axır ki, bitirdik. Bu iş ərzində yanımda olan hamıya təşəkkür edirəm. Sağ olun ki, inandınız".

Qeyd edək ki. ekran əsərində Taleh Yüzbəyov, Kəmalə Onur, Allahverdi Yolçuyev, Elcan Rəsulov və digərləri rol alıb.