BAKI, 21 dekabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə Bakıda avtobusda gənc qızın qətlə yetirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nəinki Binəqədi rayonunda, eləcə də paytaxtın digər rayonlarında belə bir hadisə qeydə alınmayıb.
“Xahiş edirik, məlumat paylaşmazdan əvvəl DİN-in Mətbuat Xidməti ilə dəqiqləşdirilsin”, - Nazirlikdən bildirilib.
Qeyd edək ki, bu gün sosial şəbəkədə paytaxtın Binəqədi rayonu ərazisində hərəkətdə olan marşrut avtobusunda cavan oğlanın gənc qızı qətlə yetirməsi barədə məlumat yayılıb.