CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Başqasının əmlakını girov götürən narkotik alverçisi tutulub

Astara şəhər sakini əvvəllər məhkum olunmuş Teymur Baxşiyev narkotik vasitə olan 150 qram heroini satarkən cinayət başında saxlanılıb
Sputnik

BAKI, 21 dekabr — Sputnik. Astara Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Astara şəhər sakini əvvəllər məhkum olunmuş Teymur Baxşiyev narkotik vasitə olan 150 qram heroini satarkən cinayət başında saxlanılıb.

Həbs olunmuş şəxsin digər cinayət əməlinin də üstü açılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onun üzərində keçirilən baxış zamanı 60 qram psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq T. Baxşiyevin yaşadığı evə keçirilən baxış zamanı oradan 380 qram narkotik vasitə olan heroin və 280 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Eyni zamanda T. Baxşiyevin borc pul müqabilində Astara rayon Ərçivan qəsəbə sakini İ. Qulamovun "Mercedes" markalı avtomobilini girov götürməsi müəyyən edilib və həmin avtomobil saxlanılan şəxsin yaşadığı evin həyətindən aşkarlanaraq götürülüb. Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.