BAKI, 21 dekabr — Sputnik. Almaniya İqtisadiyyat Nazirliyi ABŞ-ın "Şimal axını-2" qaz kəmərinə qarşı tətbiq etdiyi eksterritorial sanksiyalarına qarşı çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti"-yə qurumun nümayəndəsi bildirib.
O vurğulayıb ki, Almaniya hökuməti bu cür məhdudlaşdırıcı tədbirlərə qarşıdır.
Qeyd edək ki, İsveçrənin "Allseas" şirkəti ABŞ sanksiyalarının təhdidinə görə Rusiyaya məxsus "Şimal axını-2" qaz kəmərinin tikintisini dayandırıb.
Qeyd edək ki, dekabrın 19-u amerikalı senatorlar Ted Kruz və Ron Conson şirkətin rəhbəri Edvard Xirema təhdidlə dolu mesaj göndərib. Siyasətçilər "Allseas"-in rəhbərinə xəbərdarlıq ediblər ki, əgər şirkət layihədə iştirakını dayandırmasa, onda onu ağır sanksiyalar gözləyir. Belə ki, siyasətçilər bu baş verməyəcəyi təqdirdə şirkətin bütün aktivlərinin dondurulacağını, onunla iş birliyinə qadağa qoyulacağı və şirkətin təmsilçilərinin ABŞ-a girişinə icazə verilməyəcəyini bildiriblər.