HADİSƏ

Ahıl kişi mənzilində ölü tapıldı

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 73 yaşlı Osmanov Fikrət Nuxuq oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Sputnik

BAKI, 21 dekabr — Sputnik. Bakıda mənzildən meyit aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 73 yaşlı Osmanov Fikrət Nuxuq oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.