Yaponiya səfirindən qəribə açıqlama: Türkiyə ilə iki dövlət, bir millətik

Yaponiya səfiri eyni zamanda qeyd edib ki, iki ölkə zəlzələ sahəsi də olmaqla müxtəlif sahələrdə əməkdaşlıq edir
Sputnik

BAKI, 20 dekabr — Sputnik. "Türkiyə və Yaponiya coğrafi baxımdan bir-birlərindən uzaqdadırlar, lakin qəlblərimiz yaxındır. Yəni iki dövlət, tək millətik". Sputnik Türkiyə xəbər verir ki, bunu Yaponiyanın Türkiyədəki səfiri Akio Miyajima Türkiyənin Müdafiə naziri Alpaslan Kavaklıoğlu ilə görüşü zamanı bildirib.

Qeyd edək ki, Yaponiya səfiri Alpaslan Kavakoğluna bu ölkə hökumətinin "Qızıl və Gümüş Ulduz, yüksələn Günəş" nişanını təqdim edib. Kavaklıoğlu Türkiyə-Yaponiya əlaqələrinə verdiyi töhfəsinə görə bu mükafata layiq görülüb.

Yaponiya səfiri eyni zamanda qeyd edib ki, iki ölkə zəlzələ sahəsi də olmaqla müxtəlif sahələrdə əməkdaşlıq edir.