CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Sofra"nı siçanlara görə bağladılar

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə əməl edilmədiyi, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu aşkarlanıb
Sputnik

BAKI, 20 dekabr — Sputnik. Bakıda fəaliyyət göstərən restoranlardan birində həşəratlara və gəmiricilərə qarşı profilaktik tədbirlərin aparılmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülmədiyi müəyyən edilib.

Aşpaz, yoxsa aş-baz: Qarnımızı doyuranlar həm də qanımızı qaraldırlar

Sputnik Azərbaycan bildirir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib. Agentliyin əməkdaşları KİV-də yayılan məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 3007-ci məhəllədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan "Yıldız Catering" MMC-yə məxsus "Sofra" restoranında yoxlama keçiriblər.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə əməl edilmədiyi, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu aşkarlanıb. Həmçinin o da məlum olub ki, mətbəx sahəsinin mövcud sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti normativ sənədlərin tələblərini kobud şəkildə pozur.

Aşkarlanan nöqsanlarla əlaqədar qanuvericiliyin tələbləri çərçivəsində ictimai iaşə müəssisəsində xidmətlərin göstərilməsinə dair məhdudlaşdırıcı qərar qəbul edilib.