RUSİYA

Rusiya ilə Ukrayna müqavilə bağladılar

Rusiya və Ukrayna tərəfləri qazın Ukrayna ərazisindən tranzitinin davam etdirilməsi barədə müqavilə protokolunu imzalayıblar
Sputnik

BAKI, 20 dekabr — Sputnik. Moskva və Kiyev qazın Ukrayna ərazisindən tranzitlə tədarükünün davam etdirilməsi barədə razılığa gəliblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə jurnalistlərə "Qazprom"un təmsilçisi söyləyib.

"Rusiya və Ukrayna tərəfləri qazın Ukrayna ərazisindən tranzitinin davam etdirilməsi və qarşılıqlı tələblərin tənzimlənməsi barədə müqavilə protokolunu imzalayıblar", - o deyib.

Ancaq şirkətin nümayəndəsi qazla bağlı yeni razılaşmaların detallarını açıqlamayıb.