HADİSƏ

Quliyev dörd ay açıq səma görməyəcək

Səbail Rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş təqdimata baxılıb
Sputnik

BAKI, 20 dekabr — Sputnik. Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Quliyev dörd ay açıq səma görməyəcək

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş təqdimata baxılıb.

Məhkəmənin qərarı ilə N.Quliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.