SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ senatı Trampın impiçmentinə səs verəcəkmi – politoloq şərh edir

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Senatda demokratlar çoxluq təşkil etsəydi, Trampın işi çoxdan bitmişdi
Sputnik

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın “səlahiyyətlərin aşılması” maddəsi üzrə impiçmentinə səs verib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, ABŞ demokratları Trampı vəzifəsindən uzaqlaşdıra bilməyəcəklər: “Senatda çoxluğu respublikaçılar təşkil edir. Senatda demokratlar çoxluq təşkil etsəydi, Trampın işi çoxdan bitmişdi. İmpiçment alınmasa belə, demokratlar gələn ilki seçkilərə qədər Trampın nüfuzunu zəiflətməyə çalışırlar. Amma son xəbərlərə görə, impiçment məsələsindən sonra Trampın reytinqi 6 faiz yüksəlib”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz