“Müstəqil ölkəmizin qlobal məzmun daşıyan beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını alıb. Tarix boyu türk dünyasını birləşdirən qızıl həlqə olan Azərbaycan bu dəfə yenidən türk dünyasını bir araya toplayıb”. Sputnik Azərbaycan-ın məlunatına görə, bunu YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan Respublikası Milli Məclisin ev sahibliyi ilə Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 9-cu plenar iclası Bakıda keçirilib: “Ölkəmizin növbəti beynəlxalq uğuru kimi tarixə yazılacaq mötəbər tədbirdə təşkilata sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Respublikasının Milli Məclisinə təhvil veriləcək. Türkdilli dövlətlərlə münasibətlər, əlaqələrin qurulması Azərbaycanın xarici siyasətinin hər zaman prioritet istiqamətlərdən olub. Azərbaycanın təşəbbüsü ilə inşa edilən beynəlxalq layihələr türkdilli dövlətlərini birləşdirməklə yanaşı, türk dövlətlərinin sarsılmaz birliyinə böyük töhfələrini əsirgəmir”.
Naqif Həmzəyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz