BAKI, 20 dekabr — Sputnik. Moskvada Azərbaycan və Rusiya Xarici İşlər Nazirliklərinin Mətbuat xidmətləri arasında növbəti məsləhətləşmələr keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter" səhifəsində yazıb.
"Azərbaycan və Rusiya Xarici İşlər Nazirliklərinin mətbuat xidmətləri arasında məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. Səmərəli dialoq davam etdiriləcək",- deyə XİN rəsmisi qeyd edib.