RUSİYA

İlin yekunları: Andrey Klimov bütün suallara cavab verəcək

Onlayn mətbuat konfransında rusiyalı senator beynəlxalq gündəmdəki aktual mövzular, ikitərəfli parlament münasibətləri və Rusiyanın xarici siyasəti kontekstində əlaqələrin potensialı barədə şərhlər verəcək.
Sputnik

2019-cu ilin axırına çox az vaxt qalıb. Bu vaxt gedən ilə yekun vurmaq və növbəti il üçün planlar qurmaq adətdir.

Dekabrın 24-ü saat 12:30-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Moskva-Bakı-Kişinyov-Tbilisi videokörpüsü keçiriləcək. Videokörpü Sputnik Beynəlxalq Xəbər Agentliyi və Federasiya Şurasının beynəlxalq işlər üzrə komitə sədrinin müavini, Federasiya Şurasının dövlət suverenliyinin qorunması və Rusiya Federasiyasının daxili işlərinə müdaxilənin qarşısının alınması üzrə müvəqqəti komitəsinin sədri Andrey Klimovla birgə keçiriləcək.

Mətbuat konfransı formatında rusiyalı senator beynəlxalq gündəmdəki aktual mövzular, ikitərəfli parlament münasibətləri və Rusiyanın xarici siyasəti kontekstində əlaqələrin potensialı barədə şərhlər verəcək.

Sputnik-in ayrı-ayrı ölkələrdəki mətbuat mərkəzlərində KİV nümayəndələri öz suallarını Andrey Klimova ünvanlaya biləcəklər.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək.

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, 4-cü mərtəbə.