BAKI, 20 dekabr — Sputnik. Dekabrın 23-də Azərbaycan Respublikasının bələdiyyə seçkiləri ilə əlaqədar "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq. Bu barədə Sputnik Azərbaycan-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, dekabrın 23-də "ASAN Xidmət" mərkəzlərində yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti üzrə vətəndaşlara hazır sənədlərin təhvil verilməsi həyata keçiriləcək. Digər xidmətlər üçün isə vətəndaşlar dekabrın 24-dən "ASAN Xidmət" mərkəzlərinə müraciət etməlidirlər.