RUSİYA

FTX-nın binasının yanında baş vermiş atışmanın videogörüntüləri yayılıb

Qonşu binadan çəkilmiş kadrlarda qara geyimli naməlum şəxsin FTX-nın Moskvadakı Mərkəzi arxiv binasının boyunca qaçdığı görünür, fonda isə atəş səsləri eşidilir
Sputnik

BAKI, 20 dekabr — Sputnik. Dünən axşam saatlarında Federal Təhlükəsizlik Xidmətinin (FTX) binasının yanında baş vermiş atışmanın videogörüntüləri yayılıb.

Sputnik Azərbaycan xəbər verir ki, videogörüntüləri "RT" telekanalı yayıb.

Qonşu binadan çəkilmiş kadrlarda qara geyimli naməlum şəxsin FTX-nın Moskvadakı Mərkəzi arxiv binasının boyunca qaçdığı görünür, fonda isə atəş səsləri eşidilir.

FTX bir müddət əvvəl xəbər verib ki, dünən axşam saatlarında naməlum şəxs xidmətin Moskvadakı binasının yanında atəş açıb. Atəş açanın tək olduğu bildirilib. O zərərsizləşdirilib, lakin xüsusi xidmətin bir əməkdaşı həlak olub.

Beş nəfər xəsarət alıb. Onlardan biri mülki şəxsdir.

Medianın yaydığı məlumata görə, atəş açan şəxs 39 yaşlı Moskva vilayəti sakini Yevgeni Manyurov olub. Lakin bu informasiya rəsmi olaraq təsdiqlənməyib.