CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeron sakinləri üçün xoş olmayan xəbər var

Gün ərzində Ceyranbatan, Masazır və Saray qəsəbələrinə, həmçinin Binəqədi qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Sputnik

BAKI, 20 dekabr — Sputnik. Bu gün Abşeronun bir neçə ərazisində suyun verilməsində məhdudiyyət olacaq.

Bu barədə Sputnik Azərbaycan-a Azərsu ASC-dən məlumat verilib.

Bildirilib ki, magistral xətlərdə yenidənqurma işləri aparılır. Bununla əlaqədar 20 dekabr 2019-cu il tarixində gün ərzində Ceyranbatan, Masazır və Saray qəsəbələrinə, həmçinin Binəqədi qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.