RUSİYA

Putin sərt danışdı - Dünya birqütblü ola bilməz

"SSRİ-nin süqutundan sonra birqütblü dünyanın mövcud olması illüziyası yarandı, lakin bu səhvdir" - V.Putin
Sputnik

BAKI, 19 dekabr — Sputnik. Dünya birqütblü ola bilməz və Rusiya və Çinin bunda rolu böyükdür. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən illik böyük mətbuat konfransında "Rusiya və Çin münasibətləri, həmçinin birqütblü dünyaya necə son qoymaq olar?" barədə sualları cavablandırarkən bildirib.

"İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın dünya ÜDM-də payı 50% idi, indi isə Çin Birləşmiş Ştatları geridə qoyub. Dünyanın qütblülüyü iqtisadi münasibətlərdən irəli gələn bir anlayışdır. Daha əvvəl bu ABŞ-ın hesabına formalaşırdı, bu gün isə Çinin. Buna görə dünya birqütblü ola bilməz və Rusiya və Çinin bunda rolu böyükdür. SSRİ-nin süqutundan sonra birqütblü dünyanın mövcud olması illüziyası yarandı, lakin bu səhvdir", - deyə Putin qeyd edib.

O, eyni zamanda vurğulayıb ki, Rusiya – Çin münasibətlərində ən əsas olan şey tərəflərin bir-birlərinə görünməmiş şəkildə etibar etməsidir.

Qeyd edək ki, Rusiya prezidentinin illik böyük mətbuat konfransı Moskvada Beynəlxalq Ticarət Mərkəzində keçirilir. Sayca 15-cisi keçirilən böyük mətbuat konfransında iştirak etmək üçün 1895 jurnalist akkreditasiyadan keçib ki, bu da rekordun imza atıldığı ötən illə müqayisədə təxminən 200 nəfər çoxdur.

Putin ilin yekunlarına dair böyük mətbuat konfransı keçirmək praktikasını 2001-ci ildən - ilk prezidentlik müddətindən işə salıb. 2008-ci ildə keçirilən mətbuat konfransı davamlılıq müddətinə görə rekorda imza atıb. Belə ki, həmin vaxt Rusiya prezidenti 4 saat 40 dəqiqə ərzində 106 suala cavab verib.