CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik rəsmisindən bir bəd, bir şad xəbər

"Səhiyyə müəssisələrinin hansı qurumun tabeliyində olmasından asılı olmayaraq, tibbi sığorta ilə əhaliyə göstəriləcək səhiyyə xidmətlərinin keyfiyyəti yüksələcək" - Rahim Əliyev
Sputnik

BAKI, 19 dekabr — Sputnik. "Pulsuz səhiyyə dövlət üçün böyük yük və həddindən artıq böyük problemdir. Dünyanın inkişaf etmiş ölkələrində əhali icbari tibbi sığorta ilə müalicə olunur. Səhiyyə müəssisələrinin hansı qurumun tabeliyində olmasından asılı olmayaraq, tibbi sığorta ilə əhaliyə göstəriləcək səhiyyə xidmətlərinin keyfiyyəti yüksələcək".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib. O, pulsuz səhiyyənin özünü doğrultmadığını deyib.

R.Əliyevin sözlərinə görə, tibb müəssisələrinin mərhələli şəkildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə verilməsi 2020-ci il ərzində davam etdiriləcək.