CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtın bir qəsəbəsində su olmayacaq, səbəbi qatarlardır

Keşlə qəsəbəsi ərazisindən keçən dəmir yollarında aparılan yenidənqurma işləri çərçivəsində içməli su xətlərinin yeri dəyişdirilir
Sputnik

BAKI, 19 dekabr — Sputnik. Nizami rayonu Keşlə qəsəbəsində suyun verilməsində məhdudiyyət olacaq.

Bu barədə Sputnik Azərbaycan-a Azərsu ASC-dən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri Keşlə qəsəbəsi ərazisindən keçən dəmir yollarında aparılan yenidənqurma işləri çərçivəsində içməli su xətlərinin yeri dəyişdirilir. Bununla əlaqədar 19 dekabr 2019-cu il tarixində gün ərzində Nizami rayonunun Keşlə qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.