CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda müşahidə olunan qatı dumanın səbəbləri açıqlanıb

Belə duman Abşeron yarımadasında əvvəlcə dəniz üzərində yaranır və dənizdən olan zəif kükəklərlə quruya doğru yayılır
Sputnik

BAKI, 19 dekabr — Sputnik. Bir neçə gündür ki, ölkəmizdə dekabr ayı üçün anomal hava şəraiti müşahidə edilir və temperatur rejimi çoxillik normadan 4-5 dərəcə yüksəkdir.

Bu barədə Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Avropa qatarlarına Bakı havası düşmədi: yenə gecikir

O qeyd edib ki, hazırda müşahidə olunan duman gözlənilən sinoptik hadisədir, meteoroloji dumandır.

"Bu duman havanın rütubətliliyinin artması və temperatur inversiyası, yəni yer səthindən yuxarı qalxdıqca temperaturun azalması yerinə artması şəraitində yaranan meteoroloji hadisədir.

Belə duman Abşeron yarımadasında əvvəlcə dəniz üzərində yaranır və dənizdən olan zəif kükəklərlə quruya doğru yayılır. Adətən günorta saatlarında seyrəlir, lakin qışda nisbətən uzun müddət qala bilir.

Hazırda müşahidə edilən zəif cənub-şərq küləyi sabah şimal küləyi ilə əvəz olunacaq və nəticədə duman ehtimalı azalır".

U.Tağıyeva bildirib ki, əhali narahat olmasın, müşahidə olunan duman tüstü deyil.