CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avropa qatarlarına Bakı havası düşmədi: yenə gecikir

Sərnişinlərə hava şəraiti ilə bağlı qatarın gecikəcəyi bildirilib və bunun qatı duman səbəbindən olduğu deyilib
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 19 dekabr — Sputnik. Sumqayıtdan Bakıya gələn elektrik qatarı bu gün yenə gecikir.

Sputnik Azərbaycan bildirir ki, buna səbəb səhər saatlarında müşahidə olunan güclü dumandır.

Sərnişinlərə hava şəraiti ilə bağlı qatarın gecikəcəyi bildirilib və bunun qatı duman səbəbindən olduğu deyilib.

Bildirək ki, hazırda müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında da bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.