AVRO-2020-nin Sankt-Peterburqdakı oyunlarına bilet qazan!

Oyunda iştirak üçün azarkeşlər on sualdan ibarət testi keçməli və nəticəni sosial şəbəkələrdəki hesablarında paylaşmalıdırlar
Sputnik

BAKI, 19 dekabr — Sputnik. 2020-ci il Avropa çempionatının Sankt-Peterburqdakı oyunlarının təşkilat komitəsi öz rəsmi səhifəsində turnirin oyunları üçün biletlərin oynanıldığını elan edib.

Azarkeşlərə portaldakı AVRO-2020-nin Rusiya hissəsinə aid testi keçmək təklif edilir. Qaydalara görə, futbol həvəskarları turnirin Sankt-Peterburqda keçiriləcək qrup mərhələsinin oyunlarına 10 dəvətnamədən birini udmaq şansı qazanacaqlar.

Beynəlxalq yarışlarda Avropanın ən sərrast futbolçusu: Kriştianu Ronaldu zirvədə

Krestovski adasındakı meydançada B qrupunun cəmi üç matçı keçiriləcək, bunların ikisində Rusiya millisi qüvvəsini sınayacaq.

Oyunda iştirak üçün azarkeşlər on sualdan ibarət testi keçməli və nəticəni sosial şəbəkələrdəki hesablarında paylaşmalıdırlar. Biletlərin sahibləri yanvarın 10-da təsadüfi olaraq seçiləcəklər. Təşkilatçılar vurğulayırlar ki, testi dəfələrlə keçərək nəticələri paylaşmağa icazə verilir. 

2020-ci il Avropa çempionatı iyunun 12-dən iyulun 12-dək Köhnə Qitənin müxtəlif ölkələrində keçiriləcək. Sankt-Peterburqdakı meydançada qrup mərhələsinin üç və dörddəbir finalın bir oyunu keçiriləcək. Çərşənbə günü AVRO-2020-yə bilet satışlarının ikinci mərhələsi başa çatıb. Ümumilikdə 3 milyondan çox bilet satılacaq, bunların 82%-i azarkeşlər üçün nəzərdə tutulub.