SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq ABŞ-Türkiyə münasibətindəki gərginliyin səbəblərindən danışır

Politoloq Fikrət Sadıxov deyir ki, ABŞ-Türkiyə gərginliyinin əsas səbəbi Türkiyənin regionda apardığı müstəqil siyasətdir
Sputnik

“Türkiyənin Malatya vilayətindəki ABŞ-ın Kürəcik və Adanadakı İncirlik hərbi bazalarının bağlanması məsələsi də aktualdır”. Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin bir neçə televiziya və radiosuna verdiyi müsahibədə bildirib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Türkiyənin belə bir mövqe nümayiş etdirməsinin səbəbləri var:

“ABŞ-Türkiyə gərginliyinin əsas səbəbi Türkiyənin regionda apardığı müstəqil siyasətdir. Türkiyənin Suriya ərazisində apardığı əməliyyatlar da bu münasibətlərə təsir edib. Təbii ki, Ərdoğanın açıqlaması ilə İncirlik hərbi bazasının tez bir zamanda bağlanacağını iddia etmək doğru olmaz. İki ölkənin münasibətlərində gərginlik davam edəcək. Amma düşünürəm ki, hər iki ölkə prezidenti münasibətlər müəyyən nöqtəyə çatanda güzəştə gedə bilərlər”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz