CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naxçıvanda Əcəmi yadigarı təmirə dayandırılıb

Naxçıvan şəhərində, xalq arasında “Ata-baba günbəzi” adı ilə məşhur olan türbə 8 yüz yaşını tamamlamasına baxmayaraq, hələ də Naxçıvanın mərkəzində yüksəlir.
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 19 dekabr - Sputnik. Naxçıvan şəhərində yerləşən, Naxçıvan-Marağa memarlıq məktəbinin və ümumilikdə Azərbaycan memarlığının ən böyük nümayəndələrindən biri olan memar Əcəmi Naxçıvaninin əsəri olan Yusif ibn Küseyir türbəsi təmirə dayandılıb. Bu barədə Naxçıvan şəhər Mədəniyyət şöbəsinin müdiri Təranə Cəfərova xəbər verib. Bildirilib ki, iyun ayında başlanan təmir dekabrın sonu, yanvarın əvvəllərinə qədər davam edəcək. Türbənin günbəz və sərdabə hissəsinin təmiri bitib. Son tamamlanma işləri aparılır.

Naxçıvanda Əcəmi yadigarı təmirə dayandırılıb

Qeyd edək ki, Naxçıvan şəhərində, xalq arasında “Ata-baba günbəzi” adı ilə məşhur olan türbə 8 yüz yaşını tamamlamasına baxmayaraq, hələ də Naxçıvanın mərkəzində yüksəlir. Abidə yeraltı sərdabədən və yerüstü bürcvari hissədən ibarətdir.