RUSİYA

Moskvada FTX-nın binası yanında atəş səsləri eşidilib -VİDEO

Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko fakt üzrə cinayət işinin açıldığı barədə məlumat verib.
Sputnik

BAKI, 19 dekabr — Sputnik. Naməlum şəxs Moskvada FTX-nın binasının yanında atəş açıb.

Federal Təhlükəsizlik Xidmətindən bildirilib ki, cinayətkar zərərsizləşdirilib. Kuznetsk körpüsündəki insident nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hazırda atəş açanın kimliyi müəyyən edilir.

Yol hərəkətinin təşkili mərkəzinin məlumatına görə, ərazidə hərəkət məhdudlaşdırılıb.

Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko fakt üzrə cinayət işinin açıldığı barədə məlumat verib.