CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının bir sıra magistrallarında sürət həddi endirilib

Hərəkət iştirakçılarından bu cür hava şəraitində ehtiyatlı olmaları xahiş edilib. Sürücülər mütləq şəkildə ara məsafəsini gözləməlidirlər.
Sputnik

BAKI, 19 dekabr - Sputnik. Hazırda müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Sputnik Azərbaycan-a BNA-dan məlumat verilib.

Məqsəd hərəkətin təhlükəziliyini təmin etməkdir.

"Hərəkət iştirakçılarından bu cür hava şəraitində ehtiyatlı olmalarını xahiş edirik. Sürücülər mütləq şəkildə ara məsafəsini gözləməlidirlər", - deyə BNA-dan bildirilib.