RUSİYA

ABŞ Senatında anti-Rusiya sanksiyalarına dair qanun layihəsi qəbul edilib

Sənəddə xüsusilə "seçkilərə müdaxilə cəhdlərini dəstəkləyən" Rusiya banklarına qarşı sanksiyaların tətbiqi təklif olunur
Sputnik

BAKI, 19 dekabr — Sputnik. ABŞ Senatının Xarici İşlər Komitəsi Rusiyaya qarşı sanksiyalara dair qanun layihəsini qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı RİA Novosti yayıb.

Sanksiyalar Rusiyanın dövlət borcunu, eləcə də ölkənin bank və enerji sektorlarını əhatə edəcək.

Qeyd olunur ki, demokratlar və respublikaçılar hələ ilin əvvəlində "Amerikanın təhlükəsizliyini Kremlin təcavüzündən qorumaq" adlı qanun layihəsini Konqresə təqdim ediblər. Sənədə hələ ki, heç bir düzəliş edilməyib.

Qanun layihəsinin qəbul olunması halında Rusiyanın bank və enerji sektorlarına, eləcə də ölkənin dövlət borcuna qarşı ciddi sanksiyalar tətbiq olunacaq. Sənəddə xüsusilə "seçkilərə müdaxilə cəhdlərini dəstəkləyən" Rusiya banklarına qarşı sanksiyaların tətbiqi təklif olunur. Rusiya Federasiyası Vaşinqtonun bütün ittihamlarını rədd edir.