CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yaşlı əhalinin sayı artıb, gənc əhalinin sayı isə azalıb

Öncəki illə müqayisədə 0-4 yaşlıların sayı 805 mindən 771 minə, 15-19 yaşlıların sayı 652 mindən 646 minə, 20-24 yaşlıların sayı 799 mindən 760 minə, 25-29 yaşlıların sayı 934 mindən 916 minə düşüb
Sputnik

BAKI, 18 dekabr — Sputnik. Azərbaycanda yaşlı əhalinin sayı öncəki illərlə müqayisədə artıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Əhalinin sayı açıqlanıb

Məlumata görə, 2018-ci illə müqayisədə cari ildə 70 yaşdan yuxarı olan şəxslərin sayında artım qeydə alınıb, 385 min nəfərdən 401 min nəfərə qalxıb. Eyni zamanda 65-69 yaşlıların sayında da artım qeydə alınıb. Belə ki, ötən il bu yaş qrupunda olanların sayı 262 min, cari ildə isə 277 min olub.

Lakin müəyyən yaş qruplarının sayında azalmalar qeydə alınıb. Belə ki, öncəki illə müqayisədə 0-4 yaşlıların sayı 805 mindən 771 minə, 15-19 yaşlıların sayı 652 mindən 646 minə, 20-24 yaşlıların sayı 799 mindən 760 minə, 25-29 yaşlıların sayı 934 mindən 916 minə, 45-49 yaşlıların sayı 639 mindən 622 minə, 50-54 yaşlıların sayı 649 mindən 648 minə düşüb.