HADİSƏ

Üç uşaq anası üç aydır itkin düşüb

1993-cü il təvəllüdlü Xalidə Məmmədova bu ilin sentyabr ayında, səhər saatlarında yaşadığı evdən on aylıq körpəsini götürərək həkimə aparmaq adı ilə evdən qaçıb
Sputnik

BAKI, 18 dekabr — Sputnik. Bərdə rayonunda 3 uşaq anası evdən qaçıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə rayonunun İmamqulubəyli kəndində baş verib.

Belə ki, həmin kəndin sakini 1993-cü il təvəllüdlü Xalidə Məmmədova bu ilin sentyabr ayında, səhər saatlarında yaşadığı evdən on aylıq körpəsini götürərək həkimə aparmaq adı ilə evdən qaçıb.

Evdən qaçan qadının əri Fuad Məmmədov həmin gün axşam saatlarında Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək hadisə barədə məlumat verib.

Qadının tapılması istiqamətində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri davam edir.