Tramp “erməni soyqırımı” qətnaməsinə veto qoydu

ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Morqan Ortaqus bildirib ki, “soyqırımı” məsələsində hakimiyyətin mövqeyi dəyişməyib, 24 aprel 2019-cu ildəki ilə eynidir
Sputnik

BAKI, 18 dekabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Senatın qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnamə barəsində veto hüququndan istifadə edib.

Türkiyədən ABŞ-a “hindu soyqırımı” cavabı

Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Morqan Ortaqus məlumat verib.

Morqan Ortaqusun açıqlamasına görə, ABŞ Senatında qəbul edilən qərar hüquqi deyil.

O əlavə edib ki, “soyqırımı” məsələsində hakimiyyətin mövqeyi dəyişməyib, 24 aprel 2019-cu ildəki ilə eynidir.

Qeyd edək ki, rəsmi Ankara ABŞ Senatının qərarının hüquqazidd olduğunu bildirmişdi.

Xatırladaq ki, ABŞ prezidentinin 24 aprel 2019-cu ildə 1915-ci il hadisələri ilə bağlı yazılı açıqlamasında “erməni soyqırımı” ifadəsinə yox, “böyük fəlakət" ifadəsinə yer verilib.