CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pulu sel kimi səpdiyimiz sahədə qorxunc vəziyyət – Tibb işçisinin işini evdar qadın görür

Bərbərxana və gözəllik salonlarının saxlanılması, sanitariya sahəsində acınacaqlı vəziyyət yaranıb, ora sağlam gedənlər yolxucu xəstəliklə geri qayıtmaq təhlükəsi ilə üz-üzədirlər
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 dekabr — Sputnik. Azərbaycanda ötən il vətəndaşların ən çox pul xərclədiyi sahələrdən biri də bərbərxana xidməti olub. 

Romantikadan pul qazanan bərbər: "Arağı boşaldıb, şüşənin içində iş görürəm" - FOTO
Rəsmi rəqəmlərə görə, bu sahəyə ötən il 79 776,1 min manat xərclənib ki, bu da 2017-ci illə müqayisədə 4 058,20 min manat və ya 5,35% çoxdur. 2018-ci ildə Azərbaycanda bərbərxana xidmətlərinə ümumilikdə 80 milyon manata yaxın pul xərclənib. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdən də görünür ki, əhalinin ən çox istifadə etdiyi və pul xərcləməyə xəsislik etmədiyi sahələrdən biri məhz bərbərxana xidmətləridir.

Sputnik Azərbaycan ölkə əhalisinin daha çox vəsait sərf etdiyi bu sahədə xidmətin səviyyəsini araşdırıb.

"Ay VİP Studio"nun rəhbəri, həkim kosmetoloq Aytac Əsədova bildirib ki, ölkədə paytaxt və iri şəhərlər başda olmaqla bərbərxana xidmətlərinə tələbat kəskin artıb. Həkim kosmetoloq bunun səbəbini bu sahədə yeniliklərin durmadan artması, insanların öz zahiri görünüşlərinə diqqət ayırmasının zamanın tələbinə çevrilməsi ilə əlaqələndirir. Həmsöhbətimiz deyir ki, illər öncə bərbərxanaya gedən müştəri əsasən saç və dırnaq qulluğu üçün müraciət edirdisə, bu gün bərbərxanalarda müxtəlif cür xidmətlər göstərilir: "Bu sıraya saç, dırnaqdan savayı, bir çox digər xidmətlər daxildir".

Amma kosmetoloq bu sahədə kəmiyyətlə yanaşı keyfiyyətin də artmasının vacib olduğunu söyləyir. A.Əsədova hər tin başı gözəllik salonu adı altında fəaliyyət göstərən bərbərxanaların peşəkarlıq baxımından tələblərə cavab vermədiyini söyləyir. Həmsöhbətimiz deyir ki, "gözəllik salonları"nın sayı yağışdan çıxan göbələk kimi artsa da, çoxu peşəkarlıq baxımından tələblərə cavab vermir: "Şərt "gözəllik salonu" açmaq yox, əsas amil bu sahədə peşəkar və keyfiyyətli xidmət göstərməkdir. Bu gün "gözəllik salon"larının bəzilərində xidmətin səviyyəsi çox aşağıdır. Hətta deyərdim ki, insanların həyatına təhlükə yaradacaq həddədir. Bu sahədə qeyri-peşəkar şəxslərin işləməsi bərbərxana xidmətlərindən bəhrələnənləri bəzən problemlərlə üz-üzə qoyur. Xüsusilə də kosmetoloji xidmət sahəsində tələbatın artması, qeyri-peşəkar insanların bu sahəyə axınına səbəb olub. Bəzən evdar qadınlar belə kosmetoloji sahədə xidmət göstərirlər. Nəticədə gözəlləşmək üçün belə məkanlara müraciət edənlərin gözəlliyində qüsur yaranır. Bu gün bizə müraciət edənlərin çoxu, məhz belə qeyri-peşəkarların əlinə düşənlərdir”.

Üstəlik "gözəllik salon"larında keyfiyyətsiz kosmetoloji məhsullardan istifadə, gigiyenik tələblərin pozulması bərbərxana xidmətlərindən şikayətləri artırır. Odur ki, A.Əsədova bərbərxana xidmətlərindən istifadə zamanı peşəkarlara müraciət etməyin, eləcə də, "gözəllik salon"larında gigiyenik vəziyyətə diqqət yetirməyin çox vacib olduğunu söyləyir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal Gigiyena bölməsinin rəhbəri Eldar Abdullayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2009-cu ildə "Bərbərxanaların, gözəllik salonlarının saxlanılması, sanitariya əks-epidemik və profilaktik tədbirlərin təşkili, dezinfeksiya işlərinin aparılmasına dair" təlimat hazırlanıb: "Həmin təlimatda bərbərxanalar və gözəllik salonlarında bütün otaqlar və avadanlıq təmiz olmalıdır. Müştərilərə xidmət üçün ancaq təmiz ağlardan istifadə olunmaldır. Hər bir müştəri üçün təmiz dəsmaldan istifadə edilməlidir. Hər dəfə istifadə edilən ağlar dezinfeksiya edilməli, yuyulmalıdır. Pedikür üçün istifadə edilən ayaq ləyənləri dezinfeksiya məhlulu ilə təmizlənməlidir. 

İnanılmaz: Dəvələri botoksdan istifadə etməkdə günahlandırdılar
Hər iş yerində manikür və pedikür alətlərinin sayı üçdən az olmamalıdır. Həmin alətlər ultrabənövşəyi şüalandırıcı altında saxlanılmalıdır. İnfeksion hepatitlərin, QİÇS infeksiyasının və digər yoluxucu xəstəliklərin yayılmaması üçün dezinfeksiya tədbirləri keçirilməldir. Daraqlar, şotkalar bakterisid cihazlarda və dezinfeksiya məhlullarında zərərsizləşdirilməlidir. Kosmetik cihazların dəri ilə təmasda olan səthi 70 faizli etil spirti ilə islanmış tampon və 15 dəqiqə fasilə ilə iki dəfə silinməlidir. İşçilər xüsusi geyimlər və fərdi qoruyucu vasitələrlə təmin olunmalıdırlar".

E.Abdullayev deyir ki, sahibkarlıq subyektlərində yoxlama dayandırıldığından, bərbərxana və gözəllik salonları gigiyenik tələblərə görə yoxlanılmır.

Botoks və lazer prosedurlar gözəllik salonlarında deyil, tibb müəssisələrində aparılmalıdır. Lisenziyalaşdırma ilə bağlı qanunda da bu məsələ öz əksini tapıb. Bu işi görən şəxsin də mütləq tibbi təhsili olmalıdır.