RUSİYA

İŞİD Əfqanıstandan Mərkəzi Asiyaya müdaxiləyə hazırlaşır

İŞİD-çilər Əfqanıstanın şimalında möhkəmlənməyə çalışırlar. Onlar orada taliblərə qarşı mübarizə aparmaq və Tacikistan və Türkmənistan vasitəsilə Mərkəzi Asiya regionuna müdaxilə üçün zəmin yaradırlar
Sputnik

BAKI, 18 dekabr — Sputnik. İŞİD terror təşkilatı Əfqanıstanda möhkəmlənməyə davam edir və Mərkəzi Asiyaya müdaxilə etmək üçün zəmin yaradır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Milli Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev bildirib.

"Bizim görüşümüzdən bir il sonra Əfqanıstanda təhlükəsizlik sahəsində vəziyyət hələ də qeyri-stabil olaraq qalmağa davam edir və daha da pisləşmək tendensiyası qalır. İŞİD terror təşkilatının möhkəmlənməsi daha çox narahatlıq doğurur", - deyə Patruşev Tehranda Əfqanıstan üzrə milli təhlükəsizlik müşavirləri və Təhlükəsizlik Şuralarının katiblərinin iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Əfqanıstanda bu yaxınlarda 600-dən çox yaraqlının öldürülməsi və girov götürülməsi ilə nəticələnən əməliyyata baxmayaraq, müxtəlif məlumatlara əsasən hələ də bu ölkədə 2,5-4 min aralığında yaraqlı qalmaqdadır: "İŞİD-çilər Əfqanıstanın şimalında möhkəmlənməyə çalışırlar. Onlar orada taliblərə qarşı mübarizə aparmaq və Tacikistan və Türkmənistan vasitəsilə Mərkəzi Asiya regionuna müdaxilə üçün zəmin yaradırlar".