SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fərəc Quliyev parlament seçkiləri barədə: hakimiyyətə gəlməyin yolu seçkilərdən keçir

Milli Dirçəliş Hərəkatı Partiyası sədri Fərəc Quliyev deyir ki, seçkilərə qədər fəaliyyət göstərib, sonda seçkiləri baykot etdiyini bildirən partiya üzvlərini aldadır
Sputnik

“Ən ciddi siyasi qüvvələr parlament seçkilərində yarışmaq istəyirlər”. Bunu Sputnik Azərbaycan-a növbədənkənar parlament seçkiləri haqqında danışarkən Milli Dirçəliş Hərəkatı Partiyası sədri Fərəc Quliyev deyib.

Partiya sədri bildirib ki, partiya kimi mövcud olub, seçkilərə qatılmamaq absurd məsələdir:

“Partiyanın fəlsəfəsi hakimiyyətə gəlməkdir və hakimiyyətə gəlməyin yolu seçkilərdən keçir. Seçkilərə qədər fəaliyyət göstərib, sonda seçkiləri baykot etdiyini bildirən partiya üzvlərini aldadır. Seçkilərdə partiyalar cilalanır, hazırlaşır, proqramını təqdim edir və düşüncələr hakimiyyətə gəlir. Ona görə də, partiya olaraq həm bələdiyyə, həm də parlament seçkilərində iştirak edəcəyik. Cəmiyyətdə gedən müzakirələrdən də görmək olur ki, ciddi bir yarış olacaq”.

Fərəc Quliyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz