CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qırx altı mindən çox ölən, on dörd mindən çox boşanan olub

Bu il Azərbaycanda 51735 nikah və 14281 boşanma halı qeydə alınıb, ölüm səviyyəsi azalıb – Statistika
Sputnik

BAKI, 18 dekabr — Sputnik. Bu ilin 10 ayında ölkədə 46403 ölüm halı qeydə alınıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.

Xaricə səfər edən azərbaycanlılar – Maraqlı statistika var

Bundan başqa, bu ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 51735 nikah və 14281 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 6,2-dən 6,3-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-ə qədər artıb.

Bu ilin yanvar-oktyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1693 nəfər gələn, Azərbaycandan isə 1354 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 339 nəfər təşkil edib.

Hesabatda qeyd olunur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,6-ya düşüb.