Yerevanda yeni qalmaqal – Sarqsyan sabiq nazirlə üzləşdirildi, aləm bir-birinə dəydi

Söhbət Sarqsyanın dövlət tərəfindən fermerlərə dizel yanacağı alınan zaman "Fleş" şirkətinə üstünlük verilməsinə dair şəxsi tapşırığından gedir.
Sputnik

BAKI, 18 dekabr — Sputnik. Ermənistanın sabiq Prezidenti Serj Sarqsyan Xüsusi İstintaq Xidmətində (XİX) sabiq kənd təsərrüfatı Serqo Karapetyanla üzləşmə zamanı əsəbiləşib və təhqiramiz ifadələrdən istifadə edib. Bu barədə Sputnik Ermənistan "Qraparak" nəşrinə istinadən xəbər verir.

Bəzi məlumatlara görə, daha əvvəl sabiq nazir Sarqsyana qarşı ifadə verib ki, bu da sabiq prezidentin "dizel işi" üzrə günahlandırılan şəxs olaraq istintaqa cəld olunması üçün əsas yaradıb.

Paşinyan Məmmədyarovla görüşdən əvvəl Mnatsakanyana nə deyib?

"Qraparak" nəşri yazır ki, üzləşmə zamanı sabiq nazir Sarqsyanın gözlərinə baxa bilməyib.

Belə ki, söhbət Sarqsyanın dövlət tərəfindən fermerlərə dizel yanacağı alınan zaman "Fleş" şirkətinə üstünlük verilməsinə dair şəxsi tapşırığından gedir.

Sarqsyan Karapetyandan soruşub: "Serqo, sən belə bir şey demisən?" Buna cavab olaraq sabiq nazir dindar şəxs olduğunu və yalan danışa bilməyəcəyini bildirib.

Daha sonra hiddətlənən Sarqsyan bildirib: "Əgər sən dindar şəxssənsə, onda niyə mənim qanunsuz tapşırıqlarımı yerinə yetirdin və dövlətə ziyan vurdu".

Nəşr yazır ki, bu zaman Sarqsyan təhqiramiz ifadələr də işlədib.

"Qraparak" vurğulayır ki, Karapetyan bu günlərdə digər şəxslərin də Sarqsyana qarşı ifadə verməsi üçün iş aparıb.

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti 2013-cü ildə "Fleş" şirkətinə himayədarlıq etməkdə ittiham olunur. Belə ki, şirkət daha artıq qiymət təklif (bir milyon dollar fərqlə) etməsinə baxmayaraq, dövlət tərəfindən keçirilən tenderdə qalib gəlib. Nəticədə Ermənistan hökumətinə milyonlarla dollar zərər dəyib.