CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yevlaxda yeni doğulan körpə ölüb

Ana hipoksiya əlamətləri olan qız uşağını dünyaya gətirsə də, göstərilən yardımlara baxmayaraq, körpə dünyasını dəyişib
Sputnik

BAKI, 17 dekabr — Sputnik. Yeni doğulan körpə ölüb. Sputnik Azərbaycan-ın xəbərinə görə, hadisə Yevlaxda baş verib. Belə ki, Yevlax Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə yerləşdirilən rayon sakini Fəridə Xəlilova dekabrın 15-i övladını dünyaya gətirib. Ana dekabrın 15-də, saat 23 radələrində bətndaxili hipoksiya əlamətləri olan qız uşağını dünyaya gətirsə də, göstərilən yardımlara baxmayaraq, körpə dünyasını dəyişib.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.