SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə İncirlik bazasını bağlaya bilərmi – politoloq şərhi

Politoloq İlqar Vəlizadə deyir ki, bu bazanın tezliklə bağlanması Türkiyənin ABŞ-la, o cümlədən NATO ilə münasibətlərinə ciddi təsir edə bilər
Sputnik

ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq edəcəyi halda Türkiyə ABŞ üçün İncirlik aviabazasını bağlaya bilər. bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Türkiyənin real olaraq hərbi-siyasi müstəvidə hansısa qərar qəbul edəcəyini düşünmürəm:

“İncirlik hərbi bazası Türkiyə-ABŞ münasibətləri ilə yanaşı illərdir regionda NATO maraqlarını qoruyan infrastrukturdur. Bu bazanın tezliklə bağlanması Türkiyənin ABŞ-la, o cümlədən NATO ilə münasibətlərinə ciddi təsir edə bilər. Hazırkı məqamda bu bazanın bağlanma perspektivi qeyri-real görünür. Əgər İncirlik bazası bağlansa, Türkiyənin növbəti addımı NATO ilə münasibətləri dayandırmaq olacaq. İncirlik bazası ikitərəfli münasibətlərdə əhəmiyyətli rol oynayır”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz