2019-cu ilin dekabrında Azərbaycan xoreoqrafiya məktəbinin məşhur nümayəndəsi, görkəmli rəqs ustası, respublikanın Xalq artisti Əminə Paşa qızı Dilbazinin anadan olmasından 100 il ötür. Əminə Dilbazinin Azərbaycan rəqs sənətinin çoxəslik ənənələrinin qorunub saxlanılmasında müstəsna rolu olub.
Sentyabrda İlham Əliyev Əminə Dilbazinin 100 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb. Bu günlərdə Azərbaycanın yaradıcı ictimaiyyəti bu tarixi böyük azərbaycanlı rəqqasənin hərtərəfli istedad və ustalığını xatırlayaraq qeyd edir.
25 dekabr saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Əminə Dilbazinin qohumları və həmkarları, Azərbaycan rəqs sənətinin tanınmış simaları onunla bağlı xatirələrini və bioqrafiyasının az məlum olan tərəflərini bölüşəcəklər.
Tədbir fəal ictimaiyyətçi Azər Allahverənovun dəstəyi ilə keçiriləcək.
Əlaqə vasitələri:
Telefonlar: 404-13-84/85
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək.
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, 4-cü mərtəbə.