Gözlənilməz addım, Rusiya ABŞ-a milyonlar yatırdı

Qeyd olunur ki, 8,127 milyard dollar qısamüddətli kağızlara, 2,570 milyard dollar isə uzunmüddətli kağızlara yatırılıb
Sputnik

BAKI, 17 dekabr — Sputnik. Bu ilin oktyabrında Rusiya Birləşmiş Ştatların dövlət qiymətli kağızlarına 622 milyon dollar həcmində əlavə vəsait yatırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti" ABŞ Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bununla da, Rusiyanın ABŞ dövlət qiymətli kağızlarına yatırımları 10,697 milyard dollar göstəricisinə çatıb.

Qeyd olunur ki, 8,127 milyard dollar qısamüddətli kağızlara, 2,570 milyard dollar isə uzunmüddətli kağızlara yatırılıb.