CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dəmir yollarında orta sürət həddi açıqlandı

2015-ci ilə qədər dəmir yollarında orta əmək haqqı 130 manata qədər olubsa, indi 583 manata qədərdir.
Sputnik

BAKI, 17 dekabr — Sputnik. Azərbaycanda dəmir yollarında orta sürət 55 km üzərindədir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının qərərgahında keçirilən mətbuat konfransında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov söyləyib. O bildirib ki, bu sürətin əldə edilməsi üçün 2015-ci ildən bəri xeyli işlər görülüb.

C.Qurbanov dəmir yollarında çalışan işçilərin əmək haqqı məsələsinə də toxunub. O bildirib ki, hazırda dəmir yollarında 20 minə qədər insan çalışır: "İşçilərin əmək haqqında 2015-ci ildən 95 faiz artım var. 2015-ci ilə qədər dəmir yollarında orta əmək haqqı 130 manata qədər olubsa, indi 583 manata qədərdir. Ancaq bu son deyil. Dəmir yolunda yeni kadrlara üstünlük verilir, hər bir sahədə islahatlar aparılır".