HADİSƏ

Bakıda keçmiş məhkumdan silah-sursat götürülüb

Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Əsədzadədən nömrəsi silinmiş, lüləsi kəsilmiş "TOZ-B" markalı tüfəng və 5 ədəd patron aşkar edilərək götürülüb
Sputnik

BAKI, 17 dekabr — Sputnik. Bakı şəhər sakinindən silah-sursat aşkarlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Əsədzadədən nömrəsi silinmiş, lüləsi kəsilmiş "TOZ-B" markalı tüfəng və 5 ədəd patron aşkar edilərək götürülüb.