CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeron dairəvi dəmir yolu xəttinin açılış tarixi açıqlandı

Bakıdan Lənkərana qədər olan hissədə torpaq alınması prosesi artıq başa çatıb, İmişli və Balakən yollarında isə yenilənmə işləri aparılacaq.
Sputnik

BAKI, 17 dekabr — Sputnik. "Abşeron dairəvi dəmir yolu xəttinin açılışı gələn ilin fevral ayında gözlənilir". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu qurumun sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfrasında deyib.

O həmçinin bildirib ki, Bakıdan Lənkərana qədər olan hissədə torpaq alınması prosesi artıq başa çatıb: "Bundan əlavə, İmişli və Balakən yollarında yenilənmə işləri aparılacaq".

C.Qurbanov onu da qeyd edib ki, yeni qatarlar alınıb və artıq onların sayı 9-a çatıb.

Xatırladaq ki, bir qədər əvvəl həmin xəttin üzərində yerləşən Pirşağı dəmir yolu stansiyasının açılışı olub.