Türkiyədən ABŞ-a “hindu soyqırımı” cavabı

"Amerika haqqında danışanda hindular barəsində susmaq olar? Bu ABŞ tarixində biabırçı səhifədir" - Ərdoğan
Sputnik

BAKI, 16 dekabr – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ Senatının qondarma "erməni soyqırımı"nı tanınmasına cavab olaraq Türkiyə Böyük Millət Məclisi ABŞ-ın müstəmləkə siyasəti vaxtı hinduların soyqırımı haqqında qətnaməni qəbul edə bilər.

Əsdoğan: “İncirlik” bazasını ABŞ-ın üzünə bağlaya bilərik”

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə dövlət başçısı "A Haber" telekanalının efirində deyib.

"Biz 1915-ci ilin hadisələri haqqında milyondan çox sənədi açdıq. Gəlin, araşdırın. Əllərimizdəki sənədlərlə danışırıq. Biz həmçinin sizə qarşı parlamentimizin eyni qərarları ilə çıxmalıyıq. Və biz bunu edəcəyik. Bəs Amerika haqqında danışanda hindular barəsində susmaq olar? Bu, ABŞ tarixində biabırçı səhifədir", - dövlət başçısı bildirib.

Qeyd edək ki, ABŞ Konqresinin Senatı cümə axşamı qondarma "erməni soyqırımı"nın tanınması zərurəti haqqında qətnaməni qəbul edib. 

Xatırladaq ki, ABŞ müstəmləkəçilik siyasəti zamanı Şimali Amerikanın minlərlə yerli sakinini qətlə yetirib, bəzilərini isə qul kimi satıb. Aborigenlər habelə rezervasiyalara - yaşamaq üçün məhdudlaşdırılmış zonalara sıxışdırılıblar.