BAKI, 16 dekabr — Sputnik. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2020-ci ildə Günəş və Ay tutulmaları haqqında məlumat yayıb.
Sputnik Azərbaycan xəbər verir ki, adətən il ərzində dörd tutulma hadisəsi - 2 Günəş və 2 Ay tutulması baş verir. Lakin bəzi hallarda il ərzində 6-7 tutulma baş verə bilir. 2020-ci ildə 6 tutulma hadisəsi müşahidə olunacaq. 6 tutulmanın 2-si Günəş, 4-ü isə Ay tutulması olacaq. Sonuncu dəfə bu sayda tutulma 2009-cu ildə baş verib. İl ərzində ən çox tutulma hadisəsi isə 2038-ci ildə baş verəcək. 7 tutulma hadisəsindən 3-ü Günəş, 4-ü isə Ay tutulması olacaq. Bu sayda tutulma axırıncı dəfə 1973-cü ildə baş verib.
2020-ci ildə baş verəcək 6 tutulma hadisəsindən Azərbaycanda yalnız 3-ü müşahidə olunacaq. Bunlardan 1-i Günəş, 2-si isə Ay tutulması olacaq.